28 oktyabr 2024 14:43
107

Dünyada uçan avtomobillər istehsal edən ilk fabrik - FOTO

Çinin avtomobil istehsalçısı “Xpeng” Quançjou rayonunda yeni uçan avtomobil zavodunun tikintisinə başlayıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, müəssisənin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Zavodun gücü ildə 10 min ədəd olacaq.

İstehsalçının mətbuat xidməti bildirib ki, bu, uçan avtomobillərin seriyalı və kütləvi istehsalı üzrə dünyada ilk zavod olacaq.