28 oktyabr 2024 13:16
77

Azərbaycanla Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqda uğurlu nəticələr olacaq- Azərbaycan Prezidenti

Azərbaycanla Pakistan arasında müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda uğurlu nəticələr olacaq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən deyib.

Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı bir müddət əvvəl artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu bildirib.

Prezident bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.