28 oktyabr 2024 13:04
219

Milli Xalça Muzeyində azyaşlılar üçün əyləncəli proqram təşkil olunacaq

1-2 noyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” aslı əyləncəli proqram təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirdə müxtəlif ustad dərsləri təqdim ediləcək.

Bunlara kətan üzərində “yaşıl dünya” rəsm kompozisiyası və qurama texnikasında kollaj, ekoyumşaq oyuncaqların, plastik qablardan dibçəklərin, yun və pambıq saplardan qolbaqların hazırlanması, ekoçantaların boyanması və s. aiddir.

Proqrama həmçinin, plastik qablardan hazırlanmış kuklaların iştirakı ilə “Məlikməmmədin nağılı” marionet teatr tamaşası və tematik ekskursiya daxildir.

Qeyd edək ki, giriş 15 manat təşkil edir.