28 oktyabr 2024 10:17
75

XİN rəsmisi: Azərbaycan NATO ilə müntəzəm siyasi dialoq aparır

Azərbaycan NATO ilə müntəzəm siyasi dialoq aparır və regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə vermək üçün alyansla geniş spektrli məsələlərlə bağlı siyasi əməkdaşlığı inkişaf etdirir.

“İki sahil” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Anar Mütəllimov enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinin öyrənilməsinə həsr olunmuş “Azərbaycan-NATO” tədbirində deyib.