25 oktyabr 2024 17:03
88

Bu il Azərbaycanda səmt qazının hasilatı 1 %-dən çox azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda səmt qazının hasilatı 11 milyard 141,57 milyon kubmetr təşkil edib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 % azdır.

Bu həcmin 2 milyard 748,61 milyon kubmetri (1,9 % çox) əmtəəlik qazın payına düşüb.

Azərbaycanda qaz hasilatının ümumi həcmində səmt qazının payı 30 % təşkil edib. Həcmin qalan hissəsi - 25 milyard 976,33 milyon kubmetr və ya 70 % təbii qazın (5,6 % çox) payına düşüb.

Ötən il Azərbaycanda səmt qazının hasilatı 15 milyard 85,96 milyon kubmetr (2022-ci ilin göstəricisi ilə müqayisədə 2,2 % az) təşkil edib. Bununla yanaşı, 3 milyard 565,2 milyon kubmetr (15,7 % az) əmtəəlik qazın payına düşüb.