25 oktyabr 2024 09:49
361

İtaliyanın XİN rəhbərinin müavini: Azərbaycana qarşı Avroparlamentin qətnaməsi saxtakarlıqla doludur

Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi hüquqi və tarixi saxtakarlıqlarla doludur.

“İki sahil” xəbər verir ki, bunu İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs Ermondo Cirielli İtaliya mətbuatına müsahibəsində deyib.

Qeyd edək ki, o həmçinin İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasının milli direktorluğunun əlaqələndiricisidir. Bu partiya ötən gün Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qətnaməsi üçün səvermədə bitərəf qalıb.

Nazir müavini xatırladıb ki, məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal edib:

“BMT-nin müstəqil hesabatlarından da göründüyü kimi, ermənilərin regionu tərk etmələrinə görə məsuliyyət daşıyan Azərbaycan deyil. Halbuki beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan həmin bölgədə yaşayan erməniləri qorumaq bəhanəsi ilə Ermənistanın başlatdığı müharibə nəticəsində 750 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin düşməyə məcbur olub”.

O, vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur.

“Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildə işğal etdikləri Azərbaycanın dörd kəndini də geri qaytardılar. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib. Yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır”, - o deyib.

E.Cirielli bəyan edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir:

“Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və hələ də meydanda olan münaqişələri qızışdırmayan neytral və bərabər mövqe ilə Qafqazın sabitləşdirilməsində maraqlı olmalı idi. Bunu ABŞ-dən olan tərəfdaşlarımız çox yaxşı edirlər, həmçinin xarici işlər nazirimiz Tayani də müvafiq tərəflərlə bir neçə dəfə görüşmüşdür və bu, ABŞ tərəfdən də böyük təqdirlə qarşılanmışdır”, deyə İtaliya Nazirlər Şurasının Qafqaz bölgəsinə məsul nümayəndəsi Çirielli vurğulayıb.