24 oktyabr 2024 21:54
232

Livanda son sutkada aviazərbələr nəticəsində 19 nəfər ölüb

Livanda son sutkada İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində 19 nəfər ölüb, daha 118 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, Bəqaa vadisində İsrailin hava zərbələri sonucunda 5 nəfər həlak olub.

Bildirilib ki, İsrail ilə Livanın “Hizbullah” hərəkatı arasında son bir il ərzində baş verən münaqişə nəticəsində ölənlərin ümumi sayı 2,5 mini ötüb və 12,1 min nəfər yaralanıb.

Livanın Böhran İdarəetmə Qurumu son sutka ərzində əsasən ölkənin cənub hissəsində yerləşən Cənubi Livan və Nabatiyə əyalətlərində 111 hava zərbəsi və atəş açılmasını qeydə alıb.