24 oktyabr 2024 20:24
245

Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilib.

“İki sahil” xəbər verir ki, İstanbulda Atatürk hava limanında 1 saatdan çox davam edən toplantıda TUSAŞ-da baş verən terror aktına dair məsələlər müzakirə edilib.

Toplantıya xarici işlər naziri, milli müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri, Müdafiə Sənayesi İdarəsinin rəhbəri və digər rəsmi şəxslər qatılıb.