24 oktyabr 2024 19:58
242

BMT TŞ Ankarada törədilən terror aktını qınayıb

BMT Təhlükəsizlik Şurası (TŞ) Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.

“İki sahil”  bu barədə "Trt Haber"ə istinadla xəbər verir.

Bildirilib ki, qurumun yaydığı bəyanatda hücuma görə məsuliyyət daşıyanlar, onu maliyyələşdirənlər və dəstəkləyənlərin məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.

Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.