Hər il oktyabrın 29-da qeyd olunan Ümumdünya İnsult Günü ərəfəsində “Rossiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişində bu xəstəliyin qarşısının alınmasından danışılıb. Hansı məhsullar damar “qəzasının” qarşısını almağa kömək edəcək?
İnsult istənilən bir insanın həyatına girə bilən bir qatildir. Payız və qışda insult sayı artır. Xoşbəxtlikdən, çəki və pəhriz kimi bir çox risk faktoru idarə oluna bilər. Bu, insult ehtimalını ən azı üçdə birə qədər azaldır.
Əvvəlcə artıq şəkər, duz və trans yağları olan qidaları xaric etməlisiniz. Pəhrizinizə qan laxtalanmasını azaldan qidaları daxil edin. Proqram mütəxəssislərinin fikrincə, bunlar moruq, günəbaxan və ya zeytun yağı və almadır. Bu məhsullar ateroskleroza güclü zərbə vurur, damar divarının sağlamlığını qoruyur və qan laxtalanmasının qarşısını alır.
Nubar Süleymanova, “İki sahil”