24 oktyabr 2024 17:29
274

Prezident İlham Əliyev və Nikol Paşinyan sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını müzakirə ediblər

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

“İki sahil” xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.