24 oktyabr 2024 16:17
213

BRICS qlobal beynəlxalq diqqət mərkəzinə çevrilir - Tokayev

BRİCS qlobal beynəlxalq diqqət mərkəzinə çevrilir.

“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

"BRİCS qarşılıqlı faydalı əməkdaşlığa can atan bir çox ölkələrin praktiki maraq göstərdiyi qlobal diqqət mərkəzinə çevrilir.

Bu birlik böyük inkişaf potensialına malikdir və müxtəlif qitələrdən olan dövlətləri birləşdirərək, həmrəyliyi möhkəmləndirir və birgə imkanlardan bütün iştirakçıların xeyrinə səmərəli istifadə edir. BRİCS həm resurslara, həm də təcrübəyə malikdir ki, birgə tərəqqi, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanan gələcək qursun", - o bildirib.

Qazaxıstan Prezidentinin fikrincə, BRİCS-in çoxtərəfli səyləri Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini harmonik şəkildə tamamlayır. BMT isə hələ də əvəzsiz və universal qurum olaraq qalır.