24 oktyabr 2024 15:15
221

Laos Prezidenti: Ölkəmiz BRICS-in tamhüquqlu üzvü olmaq istəyir

Laos BRICS-in tamhüquqlu üzvü olmaq istəyir.

“İki sahil” xəbər verir ki, bunu ölkə Prezidenti Thonqlun Sisulit XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının iclasında çıxışı zamanı deyib.

“Laos Xalq Demokratik Respublikası BRICS-ə üzv olmaqda maraqlıdır. Biz BRICS ilə geniş məsələlər üzrə əməkdaşlığımızı təmin etməyə hazırıq. Sizin dəstəyinizə və Laosun BRICS-in gələcək üzvü kimi qəbul edilməsinə ümid edirik”, - o bildirib.