24 oktyabr 2024 14:41
229

BRICS ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər

BRICS saysız-hesabsız çağırışları nəzərə alaraq yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər.

“İki sahil” “Report"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniştərkibli iclası zamanı deyib.

Onun sözlərinə görə, BRICS platforması dünyanın təhlükəsizlik təhdidləri və iqlim dəyişikliyi kimi görünməmiş çoxsaylı çağırışlarla üzləşdiyi müasir geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra formalaşan müasir sistem əhəmiyyətli dəyişikliklər tələb edir: “Mövcud problemlərin birgə həlli yollarını axtarmaq lazımdır. BRICS yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər”.