24 oktyabr 2024 12:44
232

Rusiya Poznandakı Baş Konsulluğun bağlanması ilə bağlı hələ nota almayıb

Rusiya tərəfi Poznandakı baş konsulluğun nə vaxt bağlanmalı olduğunu bilmir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiyanın Polşadakı səfiri Sergey Andreev deyib.

Onun sözlərinə görə, Varşava hələlik diplomatik nümayəndəliyin bağlanması ilə bağlı nota təqdim etməyib.

“Polşa tərəfinin bu məsələ ilə bağlı notaya reaksiyasına gəlincə, deyə bilərəm ki, bu məsələ ilə bağlı hələ heç bir nota almamışıq”, - deyə, səfir bildirib. O qeyd edib ki, Moskva baş konsulluğun nə vaxt bağlanmalı və əməkdaşların Polşanı nə vaxt tərk etməli olduğunu bilmir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski oktyabrın 22-də Rusiyanın Poznandakı baş konsulluğunun işinə verdiyi razılığı ləğv etdiyini açıqlayıb. Nazirin sözlərinə görə, Baş Konsulluğun bütün əməkdaşları arzuolunmaz şəxslər kimi tanınacaq.