HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib ki, hərəkatın lideri Yəhya Sinvarın ölümündən sonra onun varisi hələ seçilməyib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, əlavə edib ki, Siyasi Büronun yeni rəhbəri təyin olunandan sonra hərəkat onun adını gizlətməyəcək.
Siyasi Büro rəhbərinin müavini həmçinin bildirib ki, İsrail HƏMAS-ı Qəzza zolağından çıxara bilməyəcək: “HƏMAS liderlərini öldürdükdə belə, onların yerini başqaları tutur."