24 oktyabr 2024 12:15
223

HƏMAS nümayəndəsi Moskvaya niyə gedib?

HƏMAS Siyasi Bürosunun sədr müavini  Musa Əbu Mərzuk bildirib ki, təşkilat Rusiyanın siyasi dəstəyinə ümid edir, lakin hərbi yardım istəmir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, o, hərəkatın Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqələrindən də danışıb.

"Xeyr, biz bunu müzakirə etmirik. HƏMAS-ın həqiqətən də Rusiyanın yardımına ehtiyacı var, istər humanitar, istərsə də BMT Təhlükəsizlik Şurasında"- deyə Musa Əbu Mərzuk bildirib.

Musa Əbu Mərzuk Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb. HƏMAS Siyasi Bürosunun sədr müavini deyib ki, müzakirə mövzuları Fələstin fraksiyalarının barışması və Moskva ilə razılaşmaların həyata keçirilməsidir.