Tehranla əlaqələrin daha da inkişaf etdirilməsi İrəvan üçün prioritetdir.
“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Kazanda keçirilən BRICS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib.
Onun sözlərinə görə, Pezeşkianın prezidentliyi dövründən bəri İranla münasibətlərin dinamikası nəinki qorunub saxlanılıb, hətta inkişaf edir.