Bir sıra NATO ölkələri, o cümlədən ABŞ və Almaniya Rusiya ilə birbaşa münaqişədən çəkinərək Ukrayna Prezidenti Volodimir Zelenskinin tələbləri ilə razılaşmağa və onu dərhal alyansa dəvət etməyə hazır deyil.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri adı açıqlanmayan dörd ABŞ və NATO rəsmisi və diplomatına istinadən məlumat yayıb.
Onların verdiyi məlumata görə, Almaniya və ABŞ Kiyevin bloka dəvət edilməsini yubandıran ölkələr arasında ilk sıralardadır.
Başqa bir mənbə isə bildirib ki, NATO ölkələri Ukraynanın üzvlüyünü ancaq hipotetik olaraq dəstəkləyir və bu prosesin reallaşacağı təqdirdə ona fəal şəkildə müqavimət göstərməyə başlayacaqlar.
“Politico”nun mənbəsinin sözlərinə görə, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası hesab edir ki, Aİ ölkələrinin əksəriyyəti yaxın gələcəkdə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək.