İsrail ordusu Livanın bir çox bölgəsinə hava hücumlarını davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamada İsrailin davam edən hücumları nəticəsində dünən 28 nəfərin öldüyü, 139 nəfərin yaralandığı bildirilib.
Qeyd edilib ki, 8 oktyabr 2023-cü ildən Livana təşkil edilən hücumlarda həyatını itirənlərin sayının artaraq 2 min 574 nəfərə, yaralananların sayının isə 12 min 1-ə yüksəlib.
İsrailin bombardmanları nəticəsində Livanda yüz minlərlə insanın didərgin düşdüyü təxmin edilir.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 486 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”