Çin hakimiyyəti yüksək texnoloji korporasiya - “China Electronics Technology Group”un keçmiş baş direktor müavini He Venzhongu rüşvət almaqda şübhəli bilərək həbs edib.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu məlumat yayıb.
Onun “WeChat” səhifəsində yayılan məlumata görə, bu qərar Çin Dövlət Nəzarət Komitəsi tərəfindən aparılan araşdırmadan sonra qəbul edilib. He Venzhongun işinə baxıldığı deyilir. Prosedurlara əsasən, növbəti mərhələdə məhkəməyə veriləcək.
Çin hakimiyyəti 2012-ci ildə Si Cinpinin başçılıq etdiyi liderlərin “beşinci nəsli” hakimiyyətə gəldikdən sonra korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illər genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində bir çox məmurlar, o cümlədən yüksək vəzifəli şəxslər öz postlarını itirib, həbs cəzalarına, o cümlədən ömürlük həbsə məhkum ediliblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”