“Biz Rusiyada keçirilən BRİKS-in tarixi sammitinə inklüzivliyə, qarşılıqlı faydalı əməkdaşlığa və xalqlarımızın suverenliyinə və öz müqəddəratını təyin etməsinə hörmətə əsaslanan çoxqütblü maliyyə sistemini gücləndirmək üçün gəlmişik”.
“İki sahil” xəbər verir ki, bunu Boliviya prezidenti Luis Arce Kazanda keçirilən BRİKS sammitində deyib.
Xatırladaq ki, Rusiyanın assosiasiyaya sədrliyi dövründə BRİKS dövlət başçılarının 16-cı sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir.
BRİKS assosiasiyası 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri oldu. Kazan sammiti assosiasiyaya yeni üzvlərin də qatıldığı ilk sammit olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”