23 oktyabr 2024 22:41
223

Rusiya Liberal Demokrat Partiyasının lideri Azərbaycanı ən vacib tərəfdaş adlandırıb

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Azərbaycanı ən vacib tərəfdaş adlandırıb.

“İki sahil” xəbər verir ki, bunu siyasətçi NEWS.ru-nun müxbirinin Azərbaycan-Rusiya münasibətlərinin gələcəyini necə gördüyü ilə bağlı sualını cavablandırarkən deyib.

“Dostluq və qardaşlıq. Bizim ən strateji, vacib və etibarlı tərəfdaşımızdır”, - L.Slutski qeyd edib.