Milli Məclisin sədri Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Spiker TBMM sədrinə ünvanlandığı məktubunda Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktı nəticəsində insanların həlak olması xəbərindən sarsıldığını və terror aktını şiddətlə qınadığını bildirib.
Parlamentin sədri, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa diləyib.