23 oktyabr 2024 20:54
236

TUSAŞ-a qarşı terror hücumu müdafiə təşəbbüslərini hədəf alan alçaq bir hücumdur - Ərdoğan

“TUSAŞ-a qarşı terror hücumu millətin hüzurunu və “Tam Müstəqil Türkiyə” anlayışının simvolu olan müdafiə təşəbbüslərini hədəf alan alçaq bir hücumdur”.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

Qeyd olunub ki, terror aktının baş verdiyi ilk andan təhlükəsizlik qüvvələri operativ şəkildə müdaxilə edərək terrorçuları zərərsizləşdirib.

“Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər mənbəyi öz məqsədlərinə çata bilməyəcək. Hər cür terror təhdidlərinə və onların dəstəkçilərinə qarşı mübarizəmiz qətiyyətlə və çoxölçülü şəkildə davam edəcək. Xain terror aktında şəhid olan qardaş-bacılarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”, - deyə paylaşımda vurğulanıb.