Almaniyada meymunçiçəyi xəstəliyinin yeni növü aşkarlanıb.
“İki sahil” xəbər verir ki, Almaniyada "Mpox" (meymunçiçəyi) virusunun yeni variantı tapılıb.
Robert Koç İnstitutundan ( RKİ ) verilən açıqlamada bildirilir ki, meymunçiçəyi diaqnozu qoyulmuş şəxslərdən birində "mpox"un yeni növü olan "clade 1b" virusu aşkarlanıb. RKİ-nin məlumatında bu virusdan ölüm qeydə alınmadığı da vurğulanıb.
Həmçinin qeyd olunub ki, virusun öldürücülük qabiliyyəti çox aşağı olsa da, nəzarət altında saxlanılması gərəklidir.