Tarixdən bəllidir ki, Qərbi Azərbyacanda və Qarabağ ərazisində heç bir erməni dövləti olmayıb.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin oktyabrın 22-də keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, dünya dövlətləri bu gerçəyi yavaş-yavaş anlamağa başlayır:
“Hesab edirəm ki, Fransa prezidenti Emmanuel Makron da tarixi faktlardan nəticə çıxaracaq, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq addımlarını atacaq”.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər