22 oktyabr 2024 00:36
272

Antibiotiklərlə bağlı növbəti qorxunc açıqlama

“Bild” tabloidi yazır ki, antibiotiklərə davamlı mikroorqanizmlərin sayı sürətlə artır ki, bu da bu dərmanların effektivliyinin azalmasına səbəb olur.

Nəşr antibiotiklərin effektivliyinin azalmasının iki əsas səbəbini müəyyən edib: koronavirus pandemiyasından sonra turist səfərlərinin artması və antibiotiklərin geniş istifadəsi, o cümlədən onların adətən virusların yaratdığı və müalicə tələb etməyən tənəffüs xəstəliklərinin müalicəsi üçün təyin edilməsi. Xüsusilə soyuqdəyməsi olan uşaqlara tez-tez lazımsız olaraq antibiotiklər təyin edilir və bu, onların effektivliyini azaldır.

Məqalə müəlliflərinin istinad etdiyi araşdırmaya görə, 2050-ci ilə qədər dünyada antibiotiklərə davamlı mikroorqanizmlərin yaratdığı infeksiyalardan ölənlərin sayı 39 milyonu keçə bilər. Artıq Avropa İttifaqında hər il 35 min insan rezistent patogenlərin yaratdığı infeksiyalar səbəbindən ölür.

Qeyd olunur ki, antibiotik çatışmazlığı və müvafiq tədqiqatlar üçün maliyyə çatışmazlığı da böhranın kəskinləşməsinə səbəb olur: 2017-ci ildən bəri cəmi 12 yeni dərman təsdiqlənib.

Nubar Süleymanova, “İki sahil”