22 oktyabr 2024 00:57
274

D vitaminini yalnız qidadanmı əldə etmək olar?

Payız və qışda bir çoxumuz kifayət qədər günəş şüası qəbul etmirik və bununla da D vitamini çatışmazlığı yaranır. Onu soyuq mövsümdə necə doldurmaq olar və qida kömək edə bilərmi? Rusiyalı mütəxəssis Aleksandr Myasnikov bu barədə öz tibbi fikirlərini “Rossiya 1” telekanalında bölüşüb.

“D vitamini bədənimiz tərəfindən istehsal olunan yeganə vitamindir, buna görə də onun təsiri hormonlarla müqayisə edilə bilər”,- həkim Aleksandr Myasnikov bildirib. Bütün digər vitaminləri xaricdən alırıq. Bununla belə, qidalar orqanizmdə D vitamini səviyyəsinə müsbət təsir göstərir.

Bəs tələb olunan miqdarda D vitaminini qidalardan əldə etmək mümkündürmü? Aleksandr Myasnikov bunun mümkünlüyünü qeyd edib və bildirib ki, yumurta və balıq kimi faydalı qida məhsullarında D vitamini var, lakin çox az miqdardadır. “D vitamininə görə malın qaraciyəri rekordçudur”,- deyə həkim açıqlayıb.

Müəyyən yaşa qədər uşaqlar, yaşlılar, hamilə qadınlar və bu vitaminin çatışmazlığı olanlar üçün doktor Myasnikov əlavə olaraq D vitamini qəbul etməyi tövsiyə edib.

Nubar Süleymanova, “İki sahil”