Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı hərbi attaşelik aparatının təşkilatçılığı ilə Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan, ABŞ, Almaniya, Belarus, İtaliya, Koreya, Polşa, Rusiya, Türkiyə və Türkmənistan hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.
Qonaqlara mərkəzlə bağlı ətraflı məlumat verildikdən sonra burada fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil edilib. Nümayəndə heyəti muzeylərdə nümayiş etdirilən fotoşəkillər və tarixi eksponatlarla tanış olub. Sonda mərkəzin mahnı və rəqs ansamblının ifasında musiqi nömrələri təqdim edilib.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər