Xaçmazda üç mindən çox abonentin qaz təchizatı yaxşılaşdırılır
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Xaçmaz rayonunun üç kəndində sakinlərin “mavi yanacaq”la təchizatının yaxşılaşdırılması üçün yeni qaz xəttinin çəkilişinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra Dədəli, Palıdlı və Qusarçay kəndlərində yaşayan 3 minə yaxın abonentin yüksəktəzyiqli təbii qazla təchizatı təmin olunacaq.
Yaşayış məntəqələrində qazın təzyiqi aşağı olduğundan yeni mənbədən 3 min 100 metr məsafədən polietilen borularla yeraltı xətt çəkilir.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, qaz xəttinin çəkilişi noyabrın 20-dək yekunlaşdırılacaq. Tikinti işlərinin getdiyi müddətdə ərazidəki kəndlərə “mavi yanacağ”ın verilişində məhdudiyyət yaranmayacaq.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir