18 oktyabr 2024 14:27
68

Parlamentdə bölgələrdəki tibb məntəqələriylə əlaqədar dinləmə keçiriləcək

Demək olar ki, bütün rayonlarda, bütün bölgələrdə tibb məntəqələrində problemlər var. Tibb məntəqələrinin maddi bazası və ixtisaslı kadr çatışmazlığı var.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bölgələrdə olan tibb məntəqələrindəki vəziyyətlə bağlı dekabrda Milli Məclisdə dinləmə keçiriləcək: “Bu dinləmədə Səhiyyə Nazirliyi və TƏBİB-in aidiyyəti şəxslərinin iştirakı nəzərdə tutulur”.