Bu ilin ilk doqquz ayında Daxili İşlər Nazirliyi (DİN) və prokurorluq üzrə qeydə alınmış 24 min 586 cinayətin 89,8 faizi açılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən COP29-la əlaqədar keçirilən kollegiya iclasında bildirilib.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verənlərin sayı bütövlükdə 2 min 192 fakt azalıb.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb