İşğal dövründə tamamilə dağıdılmış ərazilər yenidən inşa edilir. Sıfırdan yeni şəhər və kəndlər inşa edilir. Burada müasir texnologiyalar tətbiq etməliyik ki, bununla da köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdırlar. Heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır.
Bu gün Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. İlk “ağıllı kənd” Zəngilan rayonunda yerləşir. Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu bölgə Azərbaycanın ən gözəl güşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Vaxt keçdikcə, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq. Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır.
“Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Burada böyük yaşıllıq ərazilər var və hər zaman keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Zəngilanda 10 meqavat gücündə yeni Su Elektrik Stansiyası açılıb.
Ətrabə Aslanova,
Humanitar fənlər təmayüllü məktəb-liseyin İbtidai-sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü