16 oktyabr 2024 23:12
296

Xəyanətlə siyasəti səhv salanlar...

Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ermənilərlə işbirliyinə gedib Qarabağı  onlara satan Əli Kərimov kimilərindən bu gün təbii ki, Vətən, xalq naminə hansısa bir əməli  fəaliyyət gözləmək mümkün deyil. Onlar yalnız xəyanət və satmaq sahəsində peşəkardırlar

Ölkəmizdə keçirilən hər növbəti böyük beynəlxalq tədbir ərəfəsində anti-Azərbaycan qüvvələrin qarayaxma, kampaniyası artıq ənənə halını alıb. Bu gün Azərbaycanın nə Vətən müharibəsindəki qələbəsini, nə də öz suverenliyini tam bərpa etməsini həzm edə bilməyən bəzi Qərb ölkələri  COP29 yaxınlaşdıqca bu mötəbər tədbiri  təxribatlar üçün real fürsət kimi dəyərləndirlər. Onların yerli əlaltıları olan radikal ünsürlər də bu  işdə xususi canfəşanlıq nümayiş etdirərək anti-Azərbaycan qüvvələrin planlarına yardım edirlər. Məlumdur ki, ABŞ konqresmenləri Azərbaycanın Qarabağdakı separatçı xuntanı birdəfəlik ləğv edərək özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə hələ də barışa bilmir.  Hətta onlar Qarabağı könüllü tərk edən ermənilərin qaytmasını istəyirlər. ABŞ rəsmiləri ölkəmizin üstün mövqelərini qəbul edə bilmirlər. Məhz bu səbəbdən də Azərbaycan qarşı sankisiyaları gündəmə gətirirlər. Təəssüf doğuracaq haldır ki,  son 30  ildə erməni işğalına nəinki göz yuman, hətta bu işğala haqq qazandıran konqresmenlərlə radikal müxalifetin mövqeləri üst-üstə düşür. Əli Kərimli konqresmenlərin sanksiya çağırışılarını nəzərdə tutaraq yazır: «İndiyə qədər deyirdik ki, dünya səsimizə səs versin. İndi elə vəziyyət yaranıb ki, gərək biz də xalqımız üçün səsini ucaldan dünyanın səsinə səs verək.». Hazırda özünü ermənidən betər erməni kimi aparan bu  ünsür milli kimliyini o səviyyədə unudub ki,  ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsini dəstəkləyir,  İkinci Qarabağ  müharibəsindəki tarixi Qələbəmizi və Qarabağdakı separatçı- terrorçu xuntanın özünü buraxaraq mövcudluğuna son verməsini məğlub ermənilər nə qədər həzm edə bilmirlərsə, Əli Kərimli və ətrafı da eyni  səviyyədə  qəbul edə bilmir. Radikal müxalifət sosial şəbəkələr vasitəsi ilə özünün varlığını sübut etmək üçün dəridən-qabıqdan çıxır. Xüsusilə Əli Kərimlinin və Arif Hacılının trol dəstələri bütün gün hakimiyyəti və hətta onlara dəstək verməyən xalqı söyməklə, cəmiyyətə saxta və böhtan dolu informasiyalar yaymaqla özlərinin fəaliyyətlərini gözə soxmağa çalışırlar. Ancaq uzun illərdir həqiqi siyasi yarışın arqumenti olan seçkilərdən isə qaçırlar.

Xəyanəti siyasətlə səhv salan bu məlunlar anlamırlar ki, heç bir qüvvə xalqımızı öz düzgün yolundan sapdıra bilməz. Çünki bu Qələbə ölkəmizdə mövcud xalq-hakimiyyət birliyinin qələbəsidir.

Bu gün Arif Hacılı və Əli Kərimli kimi satqınlar erməninin hər bir təbliğatını hakimiyyətə qarşı çevirməklə qələbəmizə kölgə salmağa çalışırlar. Bu, o adamlardır ki, vaxtilə onlar şanlı ordumuzun qələbəsinə də şübhə ilə yanaşırdılar. Belə ki, Arif Hacılı feysbuk səhifəsində yazırdı ki, "7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurdlarına buraxılmır". Hələ müharibə dövründə özünü və rəhbərlik etdiyi təşkilatı milli həmrəylikdən kənarda saxlayan, xalqla, dövlətlə, ordu ilə bir yerdə olmağı bacarmayan Arif Hacılının bu “mövqeyi” onun hansı “amala” xidmət göstərdiyini bir daha üzə çıxarır. Adını “siyasi partiya rəhbəri” qoymuş bu şəxslər ermənilərin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında basdırdığı minalarla bağlı düşmən ölkəyə qarşı bir kəlmə belə etiraz etməyə özündə cürət tapa bilməyiblər. Vaxtilə Arif Hacılının və onun təmsil olunduğu səriştəsiz və bacarıqsız hakimiyyət komandasının günahı, xəyanəti ucbatından 1993-cü ilin aprelində düşmənə təhvil verilmiş Kəlbəcərdə partlayan hər bir minaya görə ermənilər qədər elə Arif Hacılı və düşərgədaşları da günahkardır. Ancaq bu məlunlarda utanmaq hissləri ölüb. Onlar “ayıblarına kor olmağı” bacarmırlar. Bacarsaydılar "Milli Şura"nın sədri Cəmil Həsənli “Azadlıq” televiziyasına verdiyi müsahibədə Vətənə illər öncə necə “xidmət” etdiyindən ətraflı danışmazdı. Özü etiraf edib ki, bir müddət Azərbaycanda “Soros fondu”nun üzvü olmuşam: “Fond bord üzvlərinə hər ay 200 dollar əməkhaqqı verirdi. Layihələrin dəyərləndirilməsi, toplantılarda iştirak, müzakirələrin aparılması ilə bağlı yəni bunu əməkhaqqı kimi verirdilər”. Cəmil Həsənli özü Vətənə necə xəyanət etdiyini, həm də 200 dollar qarşılığında Vətənə necə arxa çevirdiyini televiziya vasitəsilə etiraf etdi.  Bütün bunların fonunda radikal müxalifət üzvlərinin ermənilər üçün status istəmələrini, humanitar yardım üçün yol tələb etmələrini, “Müsavat”çı yetirmələrin qondarma erməni soyqırımını dəstəkləmələrini, dərin hüznlə anmalarını nə üçün qəribə qarşılayırıq ki? Bütün bunlarla AXCP-“Müsavat”ın iç üzü açılır.

Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları iqtidarın uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını gördükləri və bu vəziyyətin onların hakimiyyətə gəlmək perspektivlərinin üzərindən birdəfəlik xətt çəkdiyini dərk etdikləri üçün antiazərbaycan, o cümlədən ermənipərəst dairələrlə işbirliyinə gedirlər. Çünki özləri demiş, məqsədlərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdırlar. Azərbaycanın Suriyanın, Liviyanın vəziyyətinə salınması isə antiazərbaycançı şəbəkənin əsas niyyətidir. Təbii ki, bu niyyət onların gözündə qalacaq. Çünki Azərbaycan cəmiyyətində radikal müxalifətə yer yoxdur və olmayacaq.

Bu üzdəniraqlar torpaqlarımızın işgalının səbəbkarları olduqlarını unutmaqla bir daha nə dərəcədə simasız, vicdansız olduqlarını nümayiş etdirirlər. Azərbaycanda hər kəs vaxtilə torpaqlarımızı kimlərin satdıqlarını, İkinci Qarabağ müharibəsində Qarabağı və Şərqi Zəngəzuru kimin azad etdiyini  çox yaxşı bilir.

Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlində ermənilərlə işbirliyinə gedib Qarabağı  onlara satan əli kərimov kimilərindən bu gün təbii ki, Vətən, xalq naminə hansısa bir əməli  fəaliyyət gözləmək mümkün deyil. Onlar yalnız xəyanət və satmaq sahəsində peşəkardırlar. Bu gün də onların başı  xarici ağalarına  dəstək verməyə və onun qarşılığında aldığı qrantlara  qarışıb.

Şəmsiyyə Əliqızı, “İki sahil”