Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Orta Dəhliz boyu əməkdaşlıq, iqtisadi əlaqələrin gücləndirilməsi və birgə infrastruktur layihələri barədə fikir mübadiləsi apardıq. Regional tərəfdaşlıqların gücləndirilməsi bizim üçün çox vacibdir”, - paylaşımda qeyd edilib.
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub