“Əziz həmvətənlər , bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir , böyük fərəhdir , qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir.Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. "
Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət bayrağını ucaldarkən etdiyi çıxışında səsləndirib.Söylədiyi hər bir fikir böyük və şanlı tariximizin təntənə anının yaşantısı olmaqla yanaşı , eyni zamanda, özlüyündə bir tarix dərsidir. Prezident İlham Əliyevin Azərbaycan tarixindəki müstəsna yeri və rolu daha dolğun şəklində göstərən bu tarix Azərbaycana özü olmaq şansını qazandırdı. 2023 cü il 15 oktyabr tarixində Xankəndi şəhəri bu qazancın ən təsirli səhnəsinə şahidlik etdi. Xankəndi, Xocavənd, Əsgəran , qan yaddaşımız Xocalı , Ağdərə ,ümumən Qarabağ son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. Qarabağın Azərbaycan olmasına imkan verilmədiyini də xatırlatmaqla ,hadisələrin xoşagəlməz şəkil almasına maneçilik törətmək üçün böyük səylərin göstərildiyini də mütləq qaydada yada salmalıyıq. Elə ona görə də Prezident İlham Əliyev böyük qədirbilənliklə yada salır: "Bu gün Ulu Öndərin , bizim bu günümüzü görməyən həyatdan gedənlərin ruhu şaddır.Onların ruhunu şad edən biz olmuşuq, Azərbaycan xalqı olub.“
Bəli , Ulu Öndər Heydər Əliyev Qarabağın Azərbaycan olması üçün çox çalışmışdı.Respublikamızın inkişafını iki hissəyə ayırsaq , hər iki mərhələdə usanmadan , yorulmadan Azərbaycanın haqlı və ədalətli mövqeyini dünya birliyinin diqqətinə çatdırmış , bölgəmizin erməniləşdirilməsinin qarşısını almışdır.
Antiterror əməliyyatlarının aparılması, Qarabağda separatçılıq meyillərinin qarşısının alınması , təminatlı yaşamın bərpası , ölkəmizin ərazi bütövlüyünün təmin olunması bizi siyasi arenada öz sözünü deyən dövlətlər sırasına salmışdır. Bütün bunlar yalnız bir məqsəd daşıyırdı : “ Öz yurd-yuvalarından məcburi köçürülmüş həmvətənlərimizin doğma torpaqlarına rifah içində yaşaması” Bu böyük qayıdış xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bütün bunlar düşünülmüş, işğal altında olan bütün ərazilərdə , bütün torparlarda , bütün şəhər və kəndlərdə , Azərbaycan bayrağının qaldırılması Prezident İlham Əliyevin qarşısına qoyduğu başlıca məqsədlərdən biri olmuşdur.
Prezident İlham Əliyevin iyirmi illik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz , suverenliyimiz bərpa olunub.Ölkəmiz ötən iyirmi ildə görülməmiş iqtisadi nailiyyətlərə imza atmış və xalqımızın böyük rəğbətinə çevrilmişdir. Nəticə etibarı ilə bütün bunlar elə bir gənc nəslin yetişməsinə şərait yaratdı ki , hər kəs vətən torpağı uğrunda ölümə getməyə , öz canından keçməyə hazır idi. Sözsüz ki , bu Azərbaycan xalqının öz rəhbərinə olan inamı, güvənini əks etdirirdi. Güclü iqtisadiyyat müstəqillik deməkdir “ şüarı altında görülən işlər ölkəmizin həm xarici, həm daxili siyasətində müstəsna rol oynamışdır.Mürəkkəb tarixi dövr yaşamış Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti ilə sosial-iqtisadi və siyasi nailiyyətlər qazanmış , milli və multikultural dəyərlər qarşısında illərlə Şərqin və Qərbin qovşağı olmuşdur.
Prezident İlham Əliyev 15 oktyabr 2023 ci il tarixi çıxışında bildirmişdir ki, bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.
Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.
Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.
Vətən müharibəsi cəmi 44 gün çəkdi. Bütün bu günlər ərzində dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdim ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq. Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz. Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.
Yaqut Kərimli,
55 nömrəli məktıbin direktoru