11 oktyabr 2024 02:27
415

Üyüdülmüş qəhvə daha faydalıdır

Rusiyalı reabilitasiya həkimi Sergey Aqapkin "Rossiya" kanalındakı "Ən vacibi haqqında" verilişində sağlamlığını qorumaq istəyənlər tərəfindən qəhvə hazırlamaq üçün hansı növ və üsulun seçilməli olduğunu açıqlayıb.

Onun sözlərinə görə, ən faydalı hazırlıq növü qəhvənin filtrdən keçdiyi üsuldur. Bu, qəhvə dəmləyəndən və ya kağız, həmçinin incə metal filtri olan qabdan süzülmüş qəhvədir. Bunun səbəbi qəhvənin tərkibində olan yağda həll olunan maddələrin qanda xolesterinin səviyyəsini artıra bilməsi və filtrin onların keçməsinə imkan verməməsidir.

Bu səbəbdən aterosklerozlu insanlara türk qəhvəsi, yəni süzülməmiş qəhvə içmək məsləhət görülmür. Lakin bu içki kağız süzgəcindən keçirilərsə, nəticədə normal, sağlam qəhvə olacaq.

“Bundan başqa, təbii ki, hazır qəhvə nə qədər yaxşı olsa da, təzə üyüdülmüş qəhvə həmişə faydalı maddələrin miqdarına görə onu üstələyir”, -deyə həkim yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”