Ukraynanın paytaxtı Kiyevdə və vilayətində A 95 markalı benzinin qiyməti orta hesabla 45 qəpik bahalaşıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 13-nə olan məlumata görə, ən ucuz satılan A 95 markalı benzin 39 qəpik artaraq 27,74 qrivenə satılır (1 ABŞ dolları-26,60 qriven).
Bəzi yanacaqdoldurma şirkətlərində isə A 95 markalı benzin 60 qəpik artaraq, 28,59 qriven olub.
Ən bahalı A 95 markalı benzin isə WOG yanacaqdoldurma məntəqələrində satılır – 29,49 qriven. Burada bu markalı benzin 50 qəpik bahalaşıb.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir