X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxananın ekspozisiyasında “Şuşa İslam dünyasının mədəniyyət paytaxtı” adlı kitab sərgisi təşkil olunub.
“İki sahil” xəbər verir ki, kitabxanadan bildirilib ki, sərginin açılışında Şuşanın azad olunmasında fədakarlıq göstərmiş xüsusi təyinatlıların komandiri və Şuşaya Azərbaycan Bayrağını sancan polkovnik Rəşad Aslanov, 44 günlük Vətən müharibəsinin qəhrəmanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə Şuşanın tarixi, mədəniyyəti və incəsənətinə dair Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, həmçinin Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı görkəmli şəxslərinin biblioqrafiyaları və musiqi notları nümayiş olunub.