05 oktyabr 2024 11:34
375

Məktəblilərimiz TÜRKSOY-un inşa müsabiqəsinin qalibləri olublar

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) martın 15-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan təhsil nazirlikləri ilə birgə elan etdiyi “Məhtimqulu Fəraqi - mütəfəkkir və şair” mövzusunda məktəblilər arasında inşa müsabiqəsinin qaliblərini elan edib.

"İki sahil" TÜRKSOY-un saytına istinadla xəbər verir ki, hər ölkədən 3 qalibin adları açıqlanıb. Azərbaycandan Fidan Kərimli, Xumar Məmmədova və Nəzrin Həsənli müsabiqədə qalib gəliblər. Müsabiqənin digər qalibləri Qazaxıstandan Alimcan Dulat, Akerke Cantaskızı və Aykerkem Turlıgazı, Türkmənistandan Güləndam Rəhimova, Mehricamal Beqcanova və Tumar Aşırova, Qırğızıstandan Akılay Melisova, Qubara Sovetbekova və Elzana Mirlanova, Özbəkistandan Şahzoda Baxtiyerova, Nodircon Raxmiddinov və Mədinə Toqabekova, Türkiyədən Betül Düriye Aktaş, Asude Koru və Fatmanur Ogüt olublar.