Xarkov vilayətinin Kupyansk şəhərində Rusiyanın kamikadze PUA-nın avtobus dayanacağına çırpılması nəticəsində iki mülki şəxs xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Qeyd edilib ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.
"Bu gün saat 15:00-da Rusiya hərbçiləri Kamikadze pilotsuz uçan aparatla Kupianskda ictimai nəqliyyat dayanacağına hücum edib. 44 yaşlı kişi və 16 yaşlı qız qəlpə yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Əməliyyatçılar, CSI ekspertləri və bir Bomba qrupu hadisə yerində işləyir”, - deyə bildirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”