Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri ərazisində aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən "İki sahil"ə bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən, qeydiyyatda olduğu fərdi yaşayış evindən və ofisindən Azərbaycan aksiz markası ilə markalanmayan 142 min 380 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.