Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə qanvermə aksiyası keçiriləcək.
“İki sahil” xəbər verir ki, 8-9 oktyabr tarixlərində keçiriləcək ikigünlük qanvermə aksiyası STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil ediləcək.
Vətəndaşlar saat 09:00-dan 15:00-dək qan vermək üçün müraciət edə bilərlər.
Tədarük olunacaq qan və ondan hazırlanacaq preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.