BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dağ və iqlim dialoqunun həyata keçirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev qurumun 15-ci ildönümü ilə bağlı “Anadolu”da yazdığı məqalədə bildirib.
O bildirib ki, noyabrda Bakıda keçiriləcək COP29-da həssas dağlıq bölgələrdə davamlı inkişafla bağlı müzakirələr də nəzərdə tutulub.