Tədqiqatlar göstərir ki, bir insanın naviqasiya qabiliyyəti simptomlar görünməzdən əvvəl xəstəliyi proqnozlaşdırmağa kömək edə bilər.
Yeni bir araşdırma nəticəsində məlum olub ki, xəstəlik riski olan insanlarda yaddaş da daxil olmaqla, digər zehni funksiyalarla bağlı problemlərdən əvvəl məkan naviqasiyasının pozulması müşahidə edilib.
Erkən mərhələlərdə Alzheimer xəstəliyinin əsas simptomu yaddaşın zəifləməsidir. Məsələn, erkən Alzheimer xəstəliyi olan biri son söhbətləri və hadisələri unudur, yerlərin və obyektlərin adını yadda saxlaya bilmir, danışarkən düzgün söz tapmaqda çətinlik çəkir, təkrar-təkrar suallar verir, çevikliyi azalır, yeni şeylər sınamaqda daha çox tərəddüd edir, zəif mühakimə nümayiş etdirir və ya qərar qəbul etməkdə çətinlik çəkir.
“PREVENT-Dementia”nın həyata keçirdiyi perspektivli kohort tədqiqatında iştirak edənlərin hamısında Alzheimer xəstəliyinin irsi və ya fizioloji risklərlə bağlı olduğu müşahidə olunub.
“Bu, ya onları bu vəziyyətə salan bir gen, ailədə Alzheimer xəstəliyi, ya da aşağı fiziki fəaliyyət kimi həyat tərzi risk faktorları ilə bağlıdır”,-deyə tədqiqat rəhbəri professor Dennis Çan bildirib.
Professor Dennis Çanın rəhbərlik etdiyi tədqiqatda doktor Andrea Kasteqnaro və professor Neil Burgess tərəfindən hazırlanmış testdən istifadə edilib və bu testdə insanlardan VR qulaqlıqları taxarkən virtual mühitdə naviqasiya tələb olunub.
Nubar Süleymanova, “İki sahil”