Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, noyabrın 15-də Masallı rayonunun Xanalion kəndinə 34 illik fasilədən sonra təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 1982-ci ildə kəndə verilən təbii qaz bir il sonra dayandırılmışdı.
Xanalion kəndinin qazlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 20 min paqonmetr qaz xətti çəkilib, 289 evdə fərdi qaz sayğacı quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Kənd sakinləri Mirqasım Bağırov, Dilarə Bəşirova, Sərraf Səfərov və başqaları əhalinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir