“Beynəlxalq Prokurorlar Assosiasiyasının İllik Konfransı və Ümumi Yığıncağı bizə prokurorların rolunu müzakirə etmək üçün şərait yaradır. Hazıra tədbirdə 10 beynəlxalq təşkilatın, eyni zamanda 100-ə yaxın ölkənin nümayəndələri iştirak edir”.
“İki sahil” xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimində deyib. O qeyd edib ki, bütün prokurorların missiyası öz işini ədalətli şəkildə icra etməkdir: “Qanun sülhün bərqərar olduğu cəmiyyətin banisi, demokratiyanın və insan ləyaqətinin qoruyucusudur. İnanıram ki, dostluq təməlləri əsasında keçiriləcək konfrans regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcək, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacaq”.
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB