29 sentyabr 2024 16:21
261

"15 fırçanın simfoniyası"

Sentyabrın 28-də Müasir İncəsənət Muzeyinin 15 illik yubileyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi açılıb.

“İki sahil” xəbər verir ki, "15" adı Azərbaycanda müasir incəsənətin yaranması yoluna toxunan 15 modernist ustadın əsərlərini ifadə edib. Sərgidə həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin yaradıcılıq ekspozisiyası yer alıb. Qeyd edək ki,  hər biri özünəməxsus texnikası, müxtəlif rəng çalarları, kölgələri və cizgiləri ilə seçilən bu əsərlər 15 incəsənət ustasının XX əsrin ikinci yarısından bu günə qədər olan dövr ərzində yaratmış olduqları sənət nümunələridir.