Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Anım Günündə tələbələrə ilk dərsi Şəhidlər xiyabanında keçib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbləri ilə bir araya gələn dosent Cəlil Xəlilov, onlara 27 sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin hərb tariximizdəki rolu və şəhdilərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verib. Cəlil Xəlilov qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün gənc nəsil öz qəhrəmanlarını tanımalı, onların həyat və döyüş yoluna bələd olmalıdır.
Şəhdilər Xiyabanında gerçəkləşən dərs tələblər tərəfindən böyük maraqla qarşılanıb. Polkovnik Cəlil Xəlilov dərsin gedişatında tələbələri maraqlandıran suallara cavab verib, onlarla fikir mübadiləsi aparıb.
WUF13-ə hazırlıq: sabah nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi keçiriləcək
Nazirlik tərəfindən göstərilən xidmətlərin 52-dən çoxu proaktiv qaydada təqdim olunur
Elektron xidmətlərin tətbiqi vətəndaşların sosial xidmətlərə çıxışını da əhəmiyyətli dərəcədə sadələşdirib - EKSKLÜZİV